Dünya üzrə koronavirus peyvəndi vurulan insanların sayı

“Bloomberg” agentliyinin məlumatına görə...

1618723
Dünya üzrə koronavirus peyvəndi vurulan insanların sayı

 

  Dünyada koronavirus əleyhinə peyvənd olunan insanların sayı təxminən beş faizdir, lakin vaksinlərin böyük hissəsini varlı ölkələr əldə edib.

  “Bloomberg” agentliyinin məlumatına görə, ümumi vaksinasiya sayının 40 faizi dünya əhalisinin 11 faizinə malik 27 imkanlı dövlətin payına düşür. Eyni əhali sayına malik ən kasıb ölkələrdə isə bu göstərici 1,6 faiz təşkil edir. Beləliklə, həmin ölkələrin əhalisi 25 dəfə az peyvənd olunub.

  Ümumi vaksinasiyanın 24 faizi ABŞ-da həyata keçirilib, halbuki Birləşmiş Ştatlarda Yer kürəsi əhalisinin cəmi 4,3 faizi yaşayır. Pakistanda isə planet əhalisinin 2,7 faizinin yaşamasına baxmayaraq, dünyadakı vaksinasiya həcminin yalnız 0,1 faizi bu ölkənin payına düşür. Həmçinin varlı ölkələr bütün vətəndaşlarını bir neçə dəfə peyvəndləyəcək miqdarda vaksin almaq tendensiyasını davam etdirir.

  Afrika isə öz növbəsində daha kasıb qitə olmaqla yanaşı, həm də “Covid-19” infeksiyasına qarşı ən az peyvəndə malik regiondur. Burada yerləşən 54 ölkədən yalnız üçündə vaksinasiya sayı əhalinin bir faizini keçib, 20 ölkədə isə koronavirus əleyhinə vaksinasiya kampaniyası hələ başlamayıb.

 



Әlaqәli Xәbәrlәr