Myanmanın Baqo şәhәrindә 20 aksiyaçı da öldürülüb

Myanma ordusunun hәrbi çevrilişә vә seçilmiş hökumәt üzvlәrinin saxlanılmasına qarşı ölkәnin Baqo şәhәrindә keçirilәn etiraz aksiyalarına sәrt müdaxilәsi nәticәsindә azı 20 mülki vәtәndaş hәyatını itirib.

1618388

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, Baqo şәhәrinin Ma Qa Dit qәsәbәsindә әsgәrlәr xәbәrdarlıqlara baxmayaraq etiraz aksiyası keçirәn nümayüşçilәrә atәş açıb.

Şahidlәrin mәlumatına әsasәn, hadisә nәticәsindә azı 20 milki vәtәndaş öldürülüb.

Digәr tәrәfdәn orduya tabe olan mәhkәmә saxlanılan 19 nәfәr barәsindә edan qәrarı çıxarıb. Myanma ordusuna aid ‘‘Myawaddy’’ televiziya kanalının yaydığı xәbәrdә saxlanılan 19 nәfәrin martın 27-dә Yanqonda bir әsgәrin öldürülmәsinә görә mәsuliyyәt daşıdığı bildirilib. Hәrbi mәhkәmәnin 19 nәfәr barәsindә edam qәrarı çıxardığı vurğulanıb.

Myanma ordusunun sözçüsü Zav Min Tun nümayişçilәrin indiyәdәk 16 polis әmәkdaşını öldürdüyünü bildirib. O, xarici ölkәlәrin nümayişçilәrә maliyyә dәstәyi verdiyini ifadә edib.

Әlaqәli Xәbәrlәr