Dünya miqyasında peyvəndin 2 faizdən azı Afrikada tətbiq edilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında tətbiq edilən  yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndlərin 2-dən faizdən daha azının Afrikada tətbiq olunduğunu bildirib.

1617663

ÜST-nin Afrika üzrə direktoru Matşidiso Moeti mətbuata verdiyi bəyanatda bir çox Afrika ölkəsində kifayət qədər peyvəndlənmə olmadığına diqqət çəkib.

Bir çox Afrika ölkəsində "Covid-19" ilə mübarizədə çox az irəliləyiş olduğunu söyləyən Moeti dünya miqyasında tətbiq edilən təxminən 700 milyon doza "Covid-19" peyvəndinin 2 faizdən azının Afrika qitəsində tətbiq olunduğunu vurğulayıb. Moeti "Məhdud ehtiyatlar və tədarükdə baş verən problemlər "Covid-19" peyvəndlərinin qitədəki bir çox insana çatmasına mane olur" deyib.

Qitəyə 30 milyon dozadan çox "Covid-19" peyvəndinin çatdığı barədə məlumatı bölüşən Moeti bunun 13 milyonunun tətbiq edildiyini bildirib. 

Qeyd edək ki, 115 mindən çox insan itkisinin olduğu qitədə yoluxma hallarının sayı 4 milyon 500 minə çatarkən, sağalanların sayı isə 4 milyona yaxınlaşıb.

Әlaqәli Xәbәrlәr