ABŞ rəhbərliyi Rusiyanın Ukrayna sərhədindəki hərbi fəallığından narahatlığını təkrarlayıb

ABŞ rəhbərliyi Ukrayna sərhədində Rusiyanın hərbi fəaliyyətindən narahatlığını bir daha dilə gətirib.

1617665
ABŞ rəhbərliyi Rusiyanın Ukrayna sərhədindəki hərbi fəallığından narahatlığını təkrarlayıb

ABŞ rəhbərliyi Ukrayna sərhədində Rusiyanın hərbi fəaliyyətindən narahatlığını təkrarlayıb.

Ağ Ev sözçüsü Cen Psaki təşkil etdiyi mətbuat konfransında Rusiya-Ukrayna gərginliyi ilə əlaqədar açıqlama verib.

Psaki "ABŞ-ın Rusiyanın Ukraynaya qarşı artan təcavüzündən duyduğu narahatlığı artır. Buna Rusiyanın Ukrayna ilə sərhədinə qoşun yerləşdirilməsi də daxildir. Rusiya Ukrayna sərhədinə 2014-cü ildən bəridir heç olmadığı qədər çox əsgər göndərdi" ifadəsini işlədib. 

Psaki yalnız bu həftə 5 Ukrayna əsgərinin həyatını itirdiyinə diqqət çəkib: "Bölgədəki atəşkəs pozuntuları ilə bağlı artan gərginlikdən duyduğumuz narahatlığı NATO müttəfiqlərimizlə də müzakirə edirik". 
Digər tərəfdən "CNN" telekanalına açıqlama və adının açıqlanmasını istəməyən Pentaqonun yüksək səviyyəli bir rəsmisi qarşıdan gələn həftələrdə Qara dənizə hərbi gəmilər göndərməyi düşündüklərini bildirib. 

Hər hansı bir təqvimdən bəhs etməyən rəsmi ABŞ Donanmasının Qara dənizdə mütəmadi olaraq davamlı fəaliyyətlər göstərdiyini, ancaq bölgəyə hərbi gəmilər göndərməyin "Moskvaya ABŞ-ın vəziyyəti çox yaxından izlədiyi mesajını verəcəyini" dilə gətirib. 

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 martda parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini bildirmişdi.

Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar olaraq Rusiya, Ukrayna və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) ibarət Üçlü Təmas Qrupu 27 iyul 2020-ci ildə hərtərəfli atəşkəs qərarı qəbul etmişdi.

Bölgәdә dırnaqarası müstәqilliyini elan edәn rusiyapәrәst separatçılar ilә Kiyev rәhbәrliyi arasında 2014-cü ildәn etibarәn davam edәn qarşıdurmalar nәticәsindә 13 mindәn çox adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr