"Frankfurt Allgemeine Zeitung": Türkiyənin SPUA-ları Almaniya ordusunu tədbir görməyə vadar etdi

"Frankfurt Allgemeine Zeitung" Azərbaycanın istifadə etdiyi SPUA-ların 190-dan çox erməni tankı və zirehli texnikasının məhv edilməsinə dair xəbərlərin Almaniya ordusunu şoka saldığını yazıb.

1617387
"Frankfurt Allgemeine Zeitung": Türkiyənin SPUA-ları Almaniya ordusunu tədbir görməyə vadar etdi

Almaniyanın etibarlı qəzetlərindən biri olan "Frankfurt Allgemeine Zeitung" (FAZ) Azərbaycanın istifadə etdiyi SPUA-ların (silahlı pilotsuz uçuş aparatı) 190-dan çox erməni tankı və zirehli texnikasının məhv edilməsinə dair xəbərlərin Almaniya ordusunu şoka saldığını yazıb.

Qəzetdəki məqalədə Türkiyənin SPUA-larının Azərbaycandakı uğurlarının Almaniya ordusunu tədbir görməyə məcbur etdiyi bildirilib.

Müdafiə Nazirliyinin Almaniya ordusunun havadan müdafiə  sisteminin SPUA-ların qarşısını almaq üçün yetərli olmadığını etiraf etdiyi vurğulanıb.

Müdafiə naziri Anneqret Kramp Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sisteminin yenidən dizayn edilməsi üçün bəzi təkliflər hazırladığı qeyd edilib.

Almaniyanın 2013-cü ildə hava hücumundan müdafiə sisteminə ehtiyac duymadığı üçün heç bir modernizasiyadan keçmədiyi vurğulanan məqalədə "İndi pilotsuz təyyarələrin vurulması təhlükəsi səbəbindən hava hücumundan müdafiə sisteminin təcili olaraq dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Lakin Almaniya ordusunun SPUA-ların hücumlarına qarşı demək olar ki, müdafiəsiz olduğunun qəbulu gözlənilməz oldu" ifadələrindən istifadə edilib.

Məqalədə "Sentyabr ayındakı) qarşıdurmalar zamanı Türkiyə tərəfindən istehsal olunan Azərbaycan SPUA-ları 190-dan çox erməni tankını və zirehli maşını məhv etdi. Erməni əsgərləri hücumlara qarşı müdafiəsiz olduqları üçün ruhdan düşdülər. Bununla bağlı müvafiq xəbərlər Almaniya ordusunda şoka səbəb oldu" deyilib.



Әlaqәli Xәbәrlәr