Venesuela BMT-dən yardım tələb edib

Venesuela Xarici İşlər Naziri Jorge Arreaza sərhəddəki Kolumbiyalı silahlı qruplaşmalara qarşı mübarizədə Birləşmiş Millətlər Təşkilatından (BMT) texniki və diplomatik yardım tələb edib.

1616357
Venesuela BMT-dən yardım tələb edib

Xarici işlər naziri Arreaza paytaxt Karakasda keçirdiyi mətbuat konfransında bu barədə danışıb. O qeyd edib ki,  qruplaşmalar  tərəfindən Venesuela sərhədinə qoyulmuş minaların aşkarlanması və məhv edilməsi üçün BMT-nin Minalardan Təmizləmə Xidmətindən (UNMAS) texniki yardım tələb etdik.

Venesuela silahlı qüvvələrinin bölgəni minalardan təmizləməyə dair bilik və təlimlərə sahib olduğuna diqqət çəkən nazir, texnologiyanın dəyişdiyini və bu sahədə yeni protokolların olduğunu, UNMAS-ın ölkəsinin silahlı qüvvələrinə bölgəni minalardan tamamilə təmizləməsi mövzusunda tövsiyələr edə biləcəyini vurğulayıb. Arreaza Kolumbiya prezidenti İvan Duquenin bu qrupları qoruduğuna işarə edərək “Kolumbiyadakı nizamsız silahlı qruplaşmaların gizləndikləri yerlərin aşkarlanması üçün BMT-dən istintaq başlatmasını”  tələb etdiklərini, BMT-nin Venesuela ilə Kolumbiya arasında sərhəd bölgəsindəki böhran mövzusunda  əməkdaşlıq  etməsi üçün birbaşa əlaqə kanalının yaradılmasına kömək etməsini də  istədiklərini, iki ölkənin ictimai qüvvələri arasında koordinasiyanın minimum səviyyədə olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, sərhədə yaxın ərazilərdə yaşayan 5 mindən çox Venesuela vətəndaşı qarşıdurmalar səbəbi ilə evlərini tərk edərək Kolumbiya keçib.

 



Әlaqәli Xәbәrlәr