Rusiya hərbçilərinin Ukrayna sərhədində qalmağa davam edəcəyini açıqlayıb

Rusiya Ukrayna sərhədindəki hərbi gücünün istənilən müddətdə burada qalmağa davam edəcəyini bildirib.

1616603
Rusiya hərbçilərinin Ukrayna sərhədində qalmağa davam edəcəyini açıqlayıb

Rusiya Ukrayna sərhədindəki hərbi gücünün istənilən müddətdə burada qalmağa davam edəcəyini bildirib. 

Rusiya-Ukrayna sərhədindəki gərginlik qarşılıqlı bəyanatlarla  artmağa davam edir.

Son olaraq Kreml bu gün Rusiyanın hərbi gücünün istədiyi müddətdə ölkənin Ukrayna sərhədində qalmağa davam edəcəyini açıqlayıb.

Buradakı hərbi mövcudluğun heç bir xarici təhlükə yaratmadığı dəfələrlə bildirilib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən (6 aprel) Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılmasına başlanıldığını elan etmişdi.

Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak 30 martda Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına əsgər göndərdiyini söyləmişdi.

Kreml isə dəfələrlə fəallığın ölkə sərhədləri daxilində və Rusiyanın öz təşəbbüsləri istiqamətində davam etdiyini bildirib.

Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar olaraq Rusiya, Ukrayna və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) ibarət Üçlü Təmas Qrupu 27 iyul 2020-ci il tarixinə qədər hərtərəfli atəşkəs qərarı qəbul etmişdi.

Xatırladaq ki, Mart ayının sonunda Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədlərinə hərbi yığınaq etdiyini açıqladı. Kreml isə Rusiyanın silahlı qüvvələrini öz mülahizəsinə görə ərazisi daxilində hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını bildirdi.

Qeyd edək ki, 2014-cü ildən bəri Ukraynanın şərqindəki Donbas bölgəsində qondarma müstəqilliklərini elan edən Rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında qarşıdurmalar fasilələrlə davam edir. Qarşılıqlı atışmalarda 13 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr