Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 581 nәfәrә çatıb

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 581 nәfәrә  yüksəlib.

1616228

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 11 nəfərin öldüyü bildirilib. Hesabatda ümumi can itkisinin 581 nәfәrә yüksәldiyi, daha 2 min 750 nәfәrin dә saxlanıldığı qeyd olunub.

Digәr tәrәfdәn Myanma ordusu Kachin әyalәtindәki kilsәlәrә basqın tәşkil edib.

Bu barәdә ‘‘The Irrawaddy’’ internet sәhifәsi mәlumat yayıb. Mәlumata görә, Myanma ordusu kilsәdәki sәxslәrә hücum edib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu  ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirәrәk ölkәdә  fövqәladә vәziyyәt rejimi  elan edib.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Әlaqәli Xәbәrlәr