İtaliyada prokurorlar jurnalistləri dinlədi və …

Vəkillər və qeyri-hökumət təşkilatları prokurorların bu hərəkətini İtaliya tarixində mətbuata edilən ən ciddi hücum adlandırıblar

1616820
İtaliyada prokurorlar jurnalistləri dinlədi və …

 

  İtaliyada prokurorların Orta Aralıq dənizindəki köç haqqında xəbər yazan ən az 15 jurnalistin yüzlərlə telefon danışığını dinlədikləri məlum olub.

  Trapanidə dənizdə xilasetmə üzrə qeyri-hökumət təşkilatları və insan alveri cinayətlərinə ortaqlıq etdiyi iddiasıyla xeyriyyə cəmiyyətlərini araşdıran prokurorların müxbirlərin xilasetmə qruplarıyla telefon danışıqlarını dinlədikləri və jurnalistlərin xəbər qaynaqlarını açdıqları sənədlərlə ortaya çıxıb.

  Vəkillər və qeyri-hökumət təşkilatları prokurorların bu hərəkətini İtaliya tarixində mətbuata edilən ən ciddi hücum adlandırıblar və "Bu, peşə məxfiliyinin açıq pozuntusudur. Bu ölkədə sırada daha nələr var?" deyə reaksiya göstəriblər.

  Onlarla millət vəkili hökumətdən məsələyə münasibət tələb edib.

  Mübahisələr artınca İtaliyanın ədliyyə naziri Marta Kartabia Trapani istintaqının tədqiqatına çağıraraq müxbirlərin haqlarının pozulduğu şikayətini araşdırmaq üçün Siciliyaya müfəttişlər göndərir. Trapani prokurorları jurnalistlərin dinləmə məlumatları olan qovluğun onlara əvvəlki Trapani baş prokuroru tərəfindən verildiyini bildiriblər.



Әlaqәli Xәbәrlәr