NATO-dan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək

NATO Baş katibi Jens Stoltenberg, İttifaqın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

1615753
NATO-dan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək

Stoltenberg bunu Ukrayna prezidenti Vladimir Zelenskiy ilə Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə dair keçirdiyi telefon danışığı zamanı səsləndirib.

Baş katib Stoltenberg sosial media hesabından yaydığı açıqlamadakı açıqlamasında NATO-nun Rusiyanın Ukrayna və ətrafındakı hərbi fəaliyyətlərindən, o cümlədən atəşkəs pozuntularından ciddi şəkildə narahat olduğuna diqqət çəkib. Alyansın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, Ukrayna ilə sıx tərəfdaşlığa sadiq olduğunu vurğulayıb.

Xatırladaq ki, Mart ayının sonunda Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədlərinə hərbi yığınaq etdiyini açıqladı. Kreml isə Rusiyanın silahlı qüvvələrini öz mülahizəsinə görə ərazisi daxilində hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını bildirdi.

Qeyd edək ki, 2014-cü ildən bəri Ukraynanın şərqindəki Donbas bölgəsində qondarma müstəqilliklərini elan edən Rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında qarşıdurmalar fasilələrlə davam edir. Qarşılıqlı atışmalarda 13 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr