Fam Min Çin Vyetnamın yeni baş naziri oldu

Qeyd edək ki, Vyetnamda prezidentdən daha çox baş nazirin səlahiyyətləri var

1615271
Fam Min Çin Vyetnamın yeni baş naziri oldu

 

  Cənubi-Şərqi Asiya ölkəsi Vyetnamda əvvəlki baş nazir Nquen Suan Fuk (Nguyen Xuan Phuc) prezident seçildikdən sonra ölkənin yeni baş naziri Fam Min Çin (Pham Minh Chinh) oldu.

  Parlamentdə gizli səsvermə yolu ilə seçilən 62 yaşlı Çin 4 il baş nazir vəzifəsini daşıyacaq.

  Fam Min Çin Vyetnam Daxili Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Çin sərhədi yaxınlığındakı Kuanq Nin (Kuang Ninh) vilayətinin valisi olub, ölkəni idarə edən Kommunist Partiyası Daimi Komitəsinin personal və təşkilatdan məsul üzvü mövqeyində olub.

  Qeyd edək ki, Vyetnamda prezidentdən daha çox baş nazirin səlahiyyətləri var.



Әlaqәli Xәbәrlәr