Tayvanda qatarın qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 51 nəfərə çatıb
Tayvanın Hualien bölgəsində sərnişin qatarın qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 51-ə, xəsarət alanların sayı da 146 nəfərə çatıb.
1613894
Tayvanın Hualien bölgəsində sərnişin qatarın qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 51-ə, xəsarət alanların sayı da 146 nəfərə çatıb.
Tayvan Nəqliyyat Nazirliyinin məlumatına görə, qatarda 350 sərnişin olub. 8 vaqonlu qatarın Hualien bölgəsində relsdən çıxdığı bildirilib.
Qeyd edək ki, qəza zamanı qatarın 4-cü və 5-ci vaqonlarına ciddi ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər və axtarış-xilasetmə qrupları cəlb olunub.
Tayvan lideri Tsai İnq-ven müvafiq nazirlik və qurumlara qəza ilə bağlı lazımi araşdırmaların aparılması ilə bağlı göstəriş verib.
Әlaqәli Xәbәrlәr
Avropada ekstremal istilik stresi
“Kopernikus” İqlim Dəyişməsi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə ...