ÜST-dən Avropaya xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı Avropanın peyvəndlə bağlı təşkilatanmadakı  yavaşlığına diqqət çəkərək regional yeni növ koronavirus (Covid-19) yoluxma hallarının artdığını açıqlayıb.

1612908
ÜST-dən Avropaya xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın peyvəndlə bağlı təşkilatanmadakı  yavaşlığına diqqət çəkərək regional yeni növ koronavirus (Covid-19) yoluxma hallarının artdığını açıqlayıb.

Bu barədə ÜST-ün Avropa üzrə direktoru Hans Kluge bildirib.

Koronavirusa yoluxma sayının artdığı Avropada peyvəndləmə işlərinin sürətləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyən Kluge “Həm müalicə edən, həm də yoluxmaların qarşısını çox səmərəli şəkildə alan peyvənd dərmanları pandemiyaya qarşı ən sərfəli vasitədir. Lakin peyvəndlərin tətbiqi çox ləng gedir” deyib.

ÜST Avropada epidemiya vəziyyətinin bir neçə aydır olduğundan daha pis olduğunu, bunun narahatlıq doğurduğunu bildirib.

Təqribən 1,5 ay əvvəl həftəlik yeni yoluxma sayının bir milyonun aşağısına düşdüyü qitədə keçən həftə 1,6 milyon yeni yoluxmanın qeydə alındığı ifadə edilib

Avropa bölgəsində virusla əlaqəli ölümlərin bir milyona yaxınlaşdığı, yoluxma sayının isə 45 milyonu keçmək üzrə olduğu qeyd edilib.

ÜST həmçinin virusun sürətlə yayılmasının yeni variantların yaranma riskini artıra biləcəyini də xəbərdar edib.



Әlaqәli Xәbәrlәr