Myanmada etiraz aksiyaları zamanı həlak olanların sayı 521-ə yüksəlib

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 521-ə yüksəlib.

1611723

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 11 nəfərin öldüyü, ümumi can itkisinin isə ən az 521 olduğu bildirilib. 

Ölkədə 2 min 608 nəfərin həbs edildiyi və 120 nəfər barəsində həbs edilmə qərarı olduğu hesabatda yer alıb.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti Myanmada artan zorakılıq səbəbi ilə məcburi vəzifələr xaricində olan diplomatik işçilərin ölkəni tərk etmələrini istəyib.

Yaponiyanın da nümayişçilərə qarşı zorakılıq göstərdiyinə görə Myanmaya rəsmi inkişaf yardımlarını dayandıracağı bildirilib.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Әlaqәli Xәbәrlәr