İndoneziyada qəzaya uğramış təyyarənin ikinci qara qutusu tapıldı

9 yanvarda Qəzaya uğrayan İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” tipli sərnişin təyyarəsinin ikinci “qara qutu”su tapılıb.

1611985
İndoneziyada qəzaya uğramış təyyarənin ikinci qara qutusu tapıldı

İndoneziya Nəqliyyat Nazirliyinin sözçüsü Adita İrawati bu barədə açıqlama verib. Qeyd edib ki təyyarənin uçduğu bölgədə aparılan axtarışlar nəticəsində səsyazmaları qeydə alan ikinci qara qutu da aşkar edilib. 12 yanvarda tapılan və uçuş məlumatları qeydlərini ehtiva edən ilk qara qutunun oxunmasından sonra 10 Fevralda hazırlanan ilkin hesabatda qəza səbəbinin qüsurlu avtomatik qaz ola biləcəyi bildirildi. Qəzanın konkret səbəbi ilə əlaqəli araşdırmalar davam edərkən, 2 Fevralda mühərrikin gücünü idarə edən avtomatik qaz da daxil olmaqla 5 parça, ABŞ və İngiltərəyə göndərildi.

Göyərtəsində 6 heyət üzvü və 56 sərnişin olan təyyarə Cakarta aeroportundan havaya qalxdıqdan 5 dəqiqə sonra radardan itib və daha sonra Laki adası yaxınlığında dənizə düşüb. İkinci qara qutunun oxunması ilə qəzanın konkret səbəbi məlum olacaq.

 



Әlaqәli Xәbәrlәr