“AstraZeneca” peyvəndinin yeni adı “Vaxzevria” oldu

İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca” koronavirus (kovid-19) əleyhinə peyvəndinin adını “Vaxzevria” olaraq dəyişdirib.

1612083
“AstraZeneca” peyvəndinin yeni adı “Vaxzevria” oldu

Avropa Dərman Agentliyi (EMA) bu barədə  məlumat yayıb.

İsveç Sağlamlıq Məhsulları Agentliyinin verdiyi məlumata görə, dərmanın adının dəyişdirilməsi onun tərkibindəki hər hansı bir dəyişikliyə səbəb olmayacaq, ancaq peyvənd mütəxəssislərinin məhsul məlumatları, etiketləri və qablaşdırmalarında fərqi görəcəyi üçün bu barədə məlumatlandırılması vacibdir.

Qeyd edək ki, bu ilin əvvəlində Avropada və dünyanın bir çox ölkəsində peyvənd vurulan xəstələrdə qan laxtalanması ilə bağlı xəbərlərdən sonra “AstraZeneca” peyvəndinin istifadəsi dayandırılmışdı. Bununla belə peyvəndin qan laxtalanmasına səbəb olması tibbi cəhətdən sübut olunmayıb. 

Daha sonra EMA “AstraZeneca” peyvəndinin təhlükəsiz və təsirli olduğunu açıqlayıb. İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi də dərmanın istifadəsinin dayandırılması üçün heç bir səbəb görmədiyini bildirib.

 

 



Әlaqәli Xәbәrlәr