Cozef Borrel: ‘‘Türkiyә ilә fәal şәkildә işlәmәyә davam etmәliyik’’.

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel deyib: ‘‘Türkiyә ilә fәal şәkildә işlәmәyә davam etmәliyik’’.

1610886

Cozef Borrel verdiyi bәyanatda keçәn hәftә Avropa İttifaqı ilә Rusiya, Çin vә Türkiyә münasibәtlәrinin gündәmin mәrkәzini zәbt etdiyini deyib.

Rusiya vә Çinin Qәrb ölkәlәrinә  qarşı güclәrini birlәşdirmiş kimi göründüyünü bildirәn Cozef Borrel bu yaxınlaşmanın tәmәlindә demokratik dәyәrlәrin rәdd edilmәsinin dayandığını qeyd edib. Cozef Borrel keçәn hәftәnin әvvәlindә Avropa İttifaqına üzv dövlәtlәrinin liderlәrinin görüşündә Şәrqi Aralıq dәnizindәki gәrginliyin sәviyyәsinin azaldığı ilә bağlı razılıq әldә olunduğunu deyib.

‘‘Daha konstruktiv bir mövqe әldә etmәk vә bunun davamlı olması üçün Türkiyә ilә fәal şәkildә işlәmәyә davam etmәliyik’’,-deyә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi vurğulayıb.

Әlaqәli Xәbәrlәr