BMT suriyalılara yardımların artırılmasını istəyib

BMT Brüsseldə keçiriləcək Suriya yığıncağından əvvəl beynəlxalq ictimaiyyəti 24 milyon suriyalı üçün 10 milyard dollar yardıma çağırıb.

1610140
BMT suriyalılara yardımların artırılmasını istəyib

BMT Brüsseldə keçiriləcək Suriya yığıncağından əvvəl beynəlxalq ictimaiyyəti 24 milyon suriyalı üçün 10 milyard dollar yardıma çağırıb.

BMT-nin Humanitar İşləri üzrə Koordinasiya Ofisi, BMT-nin Qaçqınların üzrə Ali Komissarlığı və BMT Tərəqqi Propramı birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyətdən suriyalılara yardımlarını artırmasını istəyib. 

Suriyalıların gedərək artan aclıq və yoxsulluqla qarşı-qarşıya olduğuna diqqət çəkilən bəyanatda qonşu ölkələrin isə hər beş suriyalıdan dördünə ev sahibliyi etdiyi ifadə edilib. 

Bəyanatda ölkə daxilində və qonşu ölkələrdə cari il yardıma möhtac olan suriyalıların sayının 20 milyondan 24 milyona çıxdığı vurğulanıb. Bundan əlavə 2021-ci ildə suriyalıların ehtiyaclarının ödənilə bilməsi üçün 10 milyard dollar fonda ehtiyac duyulduğu, 4,2 milyard dolların Suriya daxilində, 5,8 milyard dolların isə qonşu ölkələrdəki qaçqınlar üçün istifadə ediləcəyi bildirilib. 



Әlaqәli Xәbәrlәr