Donbasda Ukraynanın dörd әsgәri ölüb

Ukraynanın Donbas bölgəsində rusiyapərəst separatçıların hücumu nəticəsində 4 Ukrayna əsgəri həyatını itirib.

1609350
Donbasda Ukraynanın dörd әsgәri ölüb

 

Ukraynanın Donbas bölgəsində rusiyapərəst separatçıların hücumu nəticəsində 4 Ukrayna əsgəri həyatını itirib.

Ukrayna Silahlı Qüvvələrinin rәsmi  ‘‘Facebook’’ sәhifәsindә edilən paylaşımda rusiyapərəst separatçıların atəşkəsi pozduğu bildirilib.

Donbas bölgəsində separatçıların hücumu  nəticəsində Ukrayna ordusunun  4 hәrbçisi hәyatını itirib, 2-si dә yaralanıb.Mәlumatda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrinə mövzu ilә bağlı  məlumat verildiyi bildirilib.

Rusiya, Ukrayna vә ATӘT-dәn ibarәt üçtәrәfli tәmas qrupu Donbas bölgәsindәki böhranın hәll edilmәsi ilә әlaqәdar 2020-ci ilin 27 iyul tarixindә әhatәli atәşkәsә dair  qәrar qәbul etmişdi.

Qeyd edәk ki, bölgәdә 2014-cü ildәn etibarәn rusiyapәrvәr separatçılar ilә Kiyev rәhbәrliyi arasında davam edәn qarşıdurmalar nәticәsindә 13 mindәn çox adam hәyatını itirib.



Әlaqәli Xәbәrlәr