Misirdә iki qatar toqquşub, 32 nәfәr hәyatını itirib
Bu barәdә ölkәnin Sәhiyyә Nazirliyi mәlumat yayıb.
1609253
Misirin cәnubunda iki qatarın toqquşması nәticәsindә 32 nәfәr hәyatını itirib, 66 nәfәr dә yaralanıb.
Bu barәdә ölkәnin Sәhiyyә Nazirliyi mәlumat yayıb.Mәlumata görә, qәza Suhaç şәhәrinin Tahta qәsәbәsindә baş verib. Hadisә ilә bağlı araşdırma aparılır. Misirdә son zamanlarda qatar qәzalarının artdığı ifadә edilib.
Qeyd edәk ki, 2020-ci ilin 9 dekabr tarixindә Misirdә baş verәn qatar qәzası nәticәsindә 22 nәfәr yaralanmışdı.
Әlaqәli Xәbәrlәr
BMT Qəzza ilə bağlı çağırış etdi
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bəyanat yayıb.