Pentaqon miqrant uşaqların iki bazada yerləşdirilməsinə icazə verib

Pentaqon yetkinlik yaşına çatmayan qeyri-qanuni miqrantların Texas ştatındakı iki ABŞ hərbi bazasına müvəqqəti yerləşdirilməsi ilə bağlı ABŞ Səhiyyə Nazirliyinin müraciətini təsdiqləyib.

1608039
Pentaqon miqrant uşaqların iki bazada yerləşdirilməsinə icazə verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yetkinlik yaşına çatmayan qeyri-qanuni miqrantların Texas ştatındakı iki ABŞ hərbi bazasına müvəqqəti yerləşdirilməsi ilə bağlı ABŞ Səhiyyə Nazirliyinin müraciətini təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin yazılı açıqlamasında qeyd olunub.

Açıqlamada bildirilib ki, bu gün Pentaqon miqrant uşaqların böyüklərin müşayiəti olmadan sərhədi keçərək San-Antonio-Lakland bazasındakı azad yataqxanada və Fort-Bliss bazası ərazisində müvəqqəti yerləşdirilməsi ilə bağlı müraciəti təsdiqləyib. 
Nə qədər uşağın bu yerlərdə qalacağına dair məlumat verilməyib. Sadəcə ilin axırına qədər bu obyektlərin müvəqqəti olaraq həmin məqsədlə istifadə olunacağı qeyd edilib. 

ABŞ-da sərhəddə nizamsız immiqrasiya böhranı artmaqda davam edərkən, rəsmi sənədlərə görə, ABŞ hüquq-mühafizə orqanları yanvar ayında 5 600, fevral ayında 9 300, martın ilk 20 günündə 11 000 immiqrant uşağı nəzarətə götürüb.

Qeyd edək ki, hal-hazırda 11 minə yaxın uşaq Səhiyyə və Humanitar Xidmətlər üzrə Nazirliyinin müxtəlif şəhərciklərində qaldığı, 15 mindən çox uşaq üçün yer axtarıldığı bildirilmişdi.

ABŞ sərhədini keçərkən saxlanılan uşaqlar əvvəlcə Sərhəd və Gömrük Mühafizəsinin nəzarəti altında, sonra da  Səhiyyə və Humanitar Xidmətləri üzrə Nazirliyi tərəfindən ailələrinin vəziyyəti məlum olanadək təyin etdiyi yerlərdə qalırlar.



Әlaqәli Xәbәrlәr