ABŞ-ın Virciniya ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın Virciniya ştatında Demokratların ştat məclisində əksəriyyəti əldə etməsilə edam cəzası ləğv edilib.

1608189
ABŞ-ın Virciniya ştatında ölüm hökmü ləğv edilib

ABŞ-ın Virciniya ştatında Demokratların ştat məclisində əksəriyyəti əldə etməsilə edam cəzası ləğv edilib.

Bununla bağlı Virciniya ştatının demokrat valisi Ralf Northam müvafiq qərarı imzalayıb.

Beləliklə, Virciniya cənub ştatları arasında ölüm hökmünü ləğv edən ilk, ABŞ üzrə isə 23-cü ştat olub.

Virciniya 1608-ci ildəki qurulmasından bəridir min 400-ə yaxın edam cəzası ilə ölkədəki 50 ştat arasında ilk yeri tuturdu.



Әlaqәli Xәbәrlәr