Süveyş kanalı bağlandı

Qeyd edək ki, uzunluğu 193 kilometr olan Süveyş kanalının eni 220, dərinliyi 24 metrdir

1607385
Süveyş kanalı bağlandı

 

  Dünyanın ən böyük yük gəmilərindən olan "Evengreen" Aralıq dənizini Qırmızı dənizə bağlayan Süveyş kanalında saya oturdu - dənizin dayaz yerində saplanaraq hərəkətsiz qaldı.

  Tayvan nəqliyyat şirkəti “Evergreen Marine”yə aid Panama bayraqlı gəmini qurtarmaq üçün çəkici qayıqlar hərəkətə keçdi.

  400 metr uzunluğundakı gəminin saya oturma səbəbi dəqiqləşməyib, amma gəmi heyəti isə sağ-sağlamdır, hər hansı bir yaralanma yoxdur.

  Misir yerli mediasının yazdığına görə, gəmini qurtarma işləri 2 gün çəkər.  

  “Evergreen” gəmisinin yana dönməsi nəticəsində kanal gediş-gəlişə bağlanılıb.

  Qeyd edək ki, uzunluğu 193 kilometr olan Süveyş kanalının eni 220, dərinliyi 24 metrdir.



Әlaqәli Xәbәrlәr