NATO Xarici İşlər Nazirləri Toplantısı sona çatıb

NATO üzvü 30 ölkənin xarici işlər nazirlərini Belçikanın paytaxtı Brüsseldə  bir araya gətirən NATO Xarici İşlər Nazirləri Toplantısı sona çatdı.

1607845
NATO Xarici İşlər Nazirləri Toplantısı sona çatıb

NATO üzvü 30 ölkənin xarici işlər nazirlərini Belçikanın paytaxtı Brüsseldə  bir araya gətirən NATO Xarici İşlər Nazirləri Toplantısı sona çatdı.

Yığıncaqdan sonra mətbuata açıqlama verən NATO Baş katibi Yens Stoltenberq son iclasda Rusiya məsələsinin müzakirə olunduğunu bildirib.

Stoltenberq Rusiya ilə münasibətlərin çətin olduğuna diqqət çəkərək,

"Mənalı bir dialoq üçün illərdir davam edən təzyiq və əlaqə qurmaq cəhdlərinə baxmayaraq, Rusiya həm daxildə, həm də xaricdə təcavüzkar davranışlarını artırdı" deyib.

Rusiyada siyasi müxalifətə hələ də təzyiq edildiyini bildirən Stoltenberq Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə həbs edilmiş digər dinc nümayişçilərin sərbəst buraxılması çağırışını təkrarlayıb.

Stoltenberq Rusiyanın həmin zamanda hərbi yığınağını artırmağa davam etdiyini bildirərək, "NATO-nun cavabı güclü və sabitdir" deyib.

Rusiyaya qarşı ikitərəfli münasibətdə cəsarət və müdafiə ilə dialoqun birlikdə davam etdirildiyini qeyd edən Stoltenberq bütün müttəfiqlərin cəsarət və müdafiə qabiliyyətlərini nəzərdən keçirməyə və uyğunlaşdırmağa davam etməyi qəbul etdiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr