İsrail Qəzzaya yenə hücum etdi

İsrail Hərbi Qüvvələrinin sözçüsü Aviçay Adrai (Avichay Adraee) sosial media hesabından paylaşdığı şərhdə bildirib...

1607182
İsrail Qəzzaya yenə hücum etdi

 

  İsrail mühasirə altında saxladığı Qəzza bölgəsinə yenə də hücum etdi.

  Mühasirə altındakı Qəzzanın şimal və orta hissələrinə təşkil edilən hücumlarda can itkisi və yaralanmalarla bağlı məlumat verilməyib.

  İsrail Hərbi Qüvvələrinin sözçüsü Aviçay Adrai (Avichay Adraee) sosial media hesabından paylaşdığı şərhdə bildirib: “Hücum martın 23-də Qəzzadan İsrailə atılan raketə cavab olaraq edilib. Döyüş təyyarələri və vertolyotları raket istehsal edilən yeri və Həmasa aid hərbi mövqeyi atəşə tutub.”

  Xatırladaq ki, İsrail ordusu 23 martda axşam Qəzzadan İsrailə açıq sahəyə düşən bir raket atıldığını bildirmişdi. Hələ ki, hücumu Qəzzadan üzərinə götürən qrup yoxdur.



Әlaqәli Xәbәrlәr