"AstraZeneca" vaksini “Covid-19”a qarşı 79% qoruyur

"AstraZeneca" şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (Kovid-19) əleyhinə  peyvəndin simptomatik halların qarşısını almaqda 79% effektivliyi olduğu ABŞ-da aparılan sınaqlar nəticəsində müəyyənləşdirilib.

1605975
"AstraZeneca" vaksini “Covid-19”a qarşı 79% qoruyur

Məlumata görə, ABŞ-da Çili və Perudan iştirakçılar daxil olmaqla 30 min könüllü cəlb edilərək  aparılan sınaqlar nəticəsində  "AstraZeneca" şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksini "Covid-19"-a qarşı 79% qoruma təmin edir.

“The New York Times” qəzetinin yazdığına görə, şirkətin açıqladığı nəticələr vaksinə qlobal inamı gücləndirə bilər. Amma bu data Birləşmiş Ştatlarda böyük fərq yaratmayacaq, çünki vaksin bu ölkədə hələ təsdiqlənməyib və istifadə olunmaya bilər.

 

 



Әlaqәli Xәbәrlәr