Fransızlar “Covid-19” yeni qadağalarını pozacaqlarını dedilər

“Covid-19” epidemiyasının üçüncü dalğasıyla mübarizə aparan Fransada ölkənin ən böyük stadionu peyvənd mərkəzinə çevriləcək

1605307
Fransızlar “Covid-19” yeni qadağalarını pozacaqlarını dedilər

 

  “Covid-19” epidemiyasının üçüncü dalğasıyla mübarizə aparan Fransada ölkənin ən böyük stadionu peyvənd mərkəzinə çevriləcək.

  İngiltərədən yayılan “Covid-19”un yeni növünün 4-də 3-ünün olduğu Fransanın Sen-Sen-Deni (Seine-Saint-Denis) bölgəsindəki stadion apreldə “Covid-19” Peyvənd Mərkəzi olaraq xidmət göstərəcək.

  Bölgə rəhbərliyi tərəfindən yayılan mətbuat şərhində stadionda hər həftə minlərlə adamın peyvənd ediləcəyi bildirilir.

  Rəsmi məlumatlara görə, bölgədə 75 yaşdan yuxarı əhalinin yarısından çoxu peyvənd olunub.

  Bunu da qeyd edək ki, paytaxt Paris də daxil olmaqla ölkənin 16 bölgəsində 20 martdan başlayan 1 aylıq yenidən küçəyəçıxma məhdudlaşdırması tədbirlərinə Fransa vətəndaşlarının haradasa yarısı qarşı çıxıb.

  “Le Figaro” və “Franceinfo”nun təşkil etdiyi sorğuya görə, iştirakçıların 56 faizi küçəyəçıxma məhdudlaşdırması tətbiqini "həddindən artıq qısıtlama" adlandırıb, 53 faizi bunun “sağlığa xeyri olmayacağı”nı deyib, 59 faizi təməl ehtiyac məhsullarının satılmadığı yerlərin bağlanılmasını istəmədiklərini bildirib, 62 faizi isə rayonlararası səfər qadağası tərəfdarı olub.

  Küçəyəçıxma məhdudlaşdırmasına sorğu iştirakçılarının 44 faizi qarşı çıxıb, 47 faizi isə qaydaları pozacaqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr