Efiopiya Tiqray Xalq Qurtuluş Cәbhәsinә çağırış edib

Efiopiya üsyançı Tiqray Xalq Qurtuluş Cәbhәsi vә müttәfiqlәrinә son dәfә tәslim olmaları ilә әlaqәdar çağırış edib.

1604904
Efiopiya Tiqray Xalq Qurtuluş Cәbhәsinә çağırış edib

Efiopiya üsyançı Tiqray Xalq Qurtuluş Cәbhәsi vә müttәfiqlәrinә son dәfә tәslim olmaları ilә әlaqәdar çağırış edib.

Bu barәdә Efiopiya Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn bәyanatda bildirilib. Bәyanatda Tiqray Xalq Qurtuluş Cәbhәsinin üzvlәrinin tәslim olacağı tәqdirdә Tiqray vilayәtindәki xalqın yaşadığı çәtinliklәrin sona çatacağı ifadә edilib.

Bunun üsyançılara son xәbәrdarlıq olduğu vurğulanan bәyanatda evlәrini tәrk edәn xalqa evlәrinә geri qayıtmaları ilә әlaqәdar çağırış edilib.

Mәlumatda Tiqray Xalq Qurtuluş Cәbhәsinin nәzarәtindәki vilayәtdәn son dörd ayda 700 mindәn çox adamın qaçdığı bildirilib.

Efiopiya Baş naziri Abiy Әhmәd 2020-ci ilin noyabr ayından  etibarәn ölkәnin şәrqindәki Tiqray Xalq Qurtuluş Cәbhәdinә qarşı hәrbi әmәliyyatlar hәyata keçirir.



Әlaqәli Xәbәrlәr