Co Bayden: ‘‘Bir gün Vladimir Putinlә görüşәcәyimizә әminәm’’
Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin görüş tәlәbi ilә bağlı deyib: ‘‘Bir gün görüş keçirәcәyimizә әminәm’’.
Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin görüş tәlәbi ilә bağlı deyib: ‘‘Bir gün görüş keçirәcәyimizә әminәm’’.
Co Bayden Atlantaya hәrәkәt etmәzdәn әvvәl jurnalistlәrin suallarını cavablandırıb.
Jurnalistlәrin Rusiya prezidenti Vladimir Putinin görüş tәlәbi ilә bağlı sualını cavablandıran Co Bayden bir gün görüşә bilәcәklәrini bildirib.
Bayden Rusiyaya qarşı yeni sanksiyaların tәtbiq edilib-edilmәyәcәyi mәsәlәsindә bildirib ki, vaxtı gәlәndә bunu hәyata keçirәcәyik.
Digәr tәrәfdәn jurnalistlәrә bәyanat verәn Ağ Evin sözçüsü deyib: ‘‘Co Bayden vaxtı gәlәndә Vladimir Putin ilә görüşәcәk’’.
Xatırladaq ki, Co Bayden martın 16-da verdiyi bәyanatda Rusiya prezidenti Vladimir Putini qatil adlandırmışdı.
Әlaqәli Xәbәrlәr
Avropada ekstremal istilik stresi
“Kopernikus” İqlim Dəyişməsi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə ...