Meksikada polis konvoyuna hücum edilib, ölәn vә yaralananlar var

Meksikada polis konvoyuna edilәn silahlı hücum nәticәsindә 8-i polis olmaqla 13 nәfәr hәyatını itirib, 3 nәfәr dә yaralanıb.

1604410
Meksikada polis konvoyuna hücum edilib, ölәn vә yaralananlar var

 

Meksikada polis konvoyuna edilәn silahlı hücum nәticәsindә 8-i polis olmaqla 13 nәfәr hәyatını itirib, 3 nәfәr dә yaralanıb.

Mәlumata görә, hadisә ölkәnin cәnubundakı Mexiko әyalәtinin Harina şәhәrindә baş verib. Nazirlik rәsmilәrinә müşaiyәt edәn polis konvoyu pusquya düşürülüb. Hadisә zamanı 8-i polis, 5-i dә mülki vәtәndaş olmaqla 13 nәfәr hәyatını itirib, 3 polis әmәkdaşı da yaralanıb.

Tәcavüzkarlar hadisә yerindәn qaçıb. Xәsarәt alanlar әtrafdakı xәstәxanalara aparılıb.

Rәsmilәr pusquya düşürülәn polislәrin bölgәdә artan cinayәtlәrә qarşı әmәliyyatlar keçirdiyini bildirib.

Tәcavüzkarların saxlanılması üçün bölgәyә tәhlükәsizlik qüvvәlәrinin göndәrildiyi vurğulanıb.

Qeyd edәk ki, Meksikada 2006-cı ildәn etibarәn tәcavüzkarların törәtdiyi hücumlar nәticәsindә 300 mindәn çox adam ölüb. Hücumlar sәbәbindәn hәmçinin 40 min adam itkin düşüb, 340 min adam da evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

 

 



Әlaqәli Xәbәrlәr