Fransanın 16 bölgəsində 4 həftəlik karantin rejimi tətbiq edilir

Fransada martın 19-u gecə saat 00:00-dan Paris də daxil olmaqla, 16 bölgəsində 4 həftəlik təcrid rejimi başlayıb.

1604260
Fransanın 16 bölgəsində 4 həftəlik karantin rejimi tətbiq edilir

Fransada martın 19-u gecə saat 00:00-dan Paris də daxil olmaqla, 16 bölgəsində 4 həftəlik təcrid rejimi başlayıb.

Bu barədə Fransanın Baş naziri Jan Kasteks mətbuat konfransında deyib.

Bildirilib ki, ölkədə epidemiyanın üçüncü dalğası başlayıb və virusun sürətlə yayılmasının qarşısını almaq üçün təcrid rejimi ən münasib variantdır. Bu, Avropanın bir çox ölkəsində müşahidə olunur. İngilis variantıdır. Təcrid rejimi birinci təcrid rejimindən fərqli olaraq, bu, daha yumşaq olacaq. Yeni qaydalara görə, ölkənin yalnız 16 bölgəsində karantin rejimi tətbiq edilir. Təcridolma rejiminin tətbiqinə baxmayaraq, məktəblər fəaliyyət göstərəcək. Karantin rejiminin tətbiq olunduğu bir bölgəsindən digərinə getmək qadağandır.

Komendant saatı axsam saat 18:00-dən deyil, 19:00-dan başlayacaq. İnsanlar xüsusi arayışlarla, yaşadıqları yerdən 10 kilometr radiusda hərəkət edə bilərlər, regionlararası gediş-gəliş qadağandır. Distant iş rejiminə üstünlük veriləcək. İnsanlar həftənin 4 gününü evdən işləyəcəklər.



Әlaqәli Xәbәrlәr