Təhqiredici sözlərdən sonra Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib...

1603341
Təhqiredici sözlərdən sonra Rusiya ABŞ-dakı səfirini geri çağırdı

 

  Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin (Joe Biden) Rusiya prezidenti Vladimir Putin haqqındakı təhqiredici sözlərindən sonra rəsmi Moskva ABŞ-dakı səfirini geri çağırıb.

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova C.Baydenin Putini "qatil" adlandırması və “ABŞ-ın seçkilərinə müdaxilə etdiyi üçün cavabı veriləcək" sözlərindən sonra yazılı şərh paylaşaraq bildirib: “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya çağırılıb.

  Bayden təxminən iki aydır iqtidardadır. Yeni hökumətin 100 günü yaxınlaşır. Artıq Baydenin adamları özlərini bəlli etdi.  

  Rəsmi Vaşinqton son illər çıxılmaz yola düşüb. Gərgin vəziyyətdə olan Rusiya-Amerika əlaqələrinin düzəlməsi bizim üçün əhəmiyyətlidir. Amerikalılar riskləri göz önünə alır, biz isə münasibətlərin dönüşü olmayan şəkildə pozulmasını qarşısını almaqda maraqlıyıq.”



Әlaqәli Xәbәrlәr