Dünya üzrə "Covid-19"a yoluxanların sayı yenə artmağa başladı

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yazılır...

1603339
Dünya üzrə "Covid-19"a yoluxanların sayı yenə artmağa başladı

 

  “Ötən həftə dünyada koronavirusa 3 milyon yoluxma halı qeydə alınıb ki, bu da öncəki yeddi günlə müqayisədə 10 faiz çoxdur”. Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.

  Sənəddə bildirilir: “Dünyada yeni yoluxma hallarının sayı artmağa davam edir. Ötən həftə 3 milyondan çox yeni yoluxma ilə bağlı məlumat daxil olub ki, bu da öncəki həftə ilə müqayisədə 10 faiz çoxdur.

  Ümumdünya Səhiyyə Təşkilatı yanvar ayının əvvəlində “Covid-19” infeksiyasına yoluxmaların pik həddə, yəni həftə ərzində 5 milyon nəfərə yaxın çatdığını, lakin fevralın ikinci yarısından təxminən iki dəfə, yəni 2,5 milyon nəfər azaldığını bildirmişdi.

  Martın 8-dən 14-dək dünyada 3 milyon 33 min 213 yoluxma və 58 min 698 ölüm faktı qeydə alınıb.

  Ötən həftə yoluxma hallarının artımı əsasən,

* Cənub-Şərqi Asiyada 19 faiz,

* Qərbi-Sakit Okean regionunda 19 faiz və

* Şərqi Aralıq dənizi bölgəsində 14 faiz,

* həmçinin Şimali və Cənubi Amerikada 13 faiz müşahidə olunub.

  Qərbi-Sakit Okean regionunda və Şərqi Aralıq dənizi bölgəsində ölüm halları müvafiq olaraq 14 və 7 faiz artdığı halda, digər regionlarda bu göstərici azalıb. Ölüm hallarının ümumi azalma göstəricisi həftə ərzində 3 faiz aşağı düşüb.

  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin martında yeni korona virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına əsasən, indiyədək dünyada 121 milyon 370 mindən çox yoluxma və 2 milyon 684 mindən çox ölüm faktı aşkarlanıb, 97 milyon 861 min nəfər isə “Covid-19” xəstəliyindən sağalıb. Müalicəsi davam edən 20 milyon 823 min nəfərdən 88 min 828 nəfərin vəziyyəti ağır qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr