ABŞ, İngiltərə, Almaniya və Fransanın Suriya məsələsi ilə əlaqəli birgə bəyanatı

ABŞ, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri cari keçiriləcəyi elan edilən Suriyadakı prezident seçkilərinin nə sərbəst, nə ədalətli, nə də beynəlxalq birliyin ümidlərinə cavab verəcək bir seçki olacağını bildiriblər.

1602178
ABŞ, İngiltərə, Almaniya və Fransanın Suriya məsələsi ilə əlaqəli birgə bəyanatı

Amerika Birləşmiş Ştatları (ABŞ), İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri cari keçiriləcəyi elan edilən Suriyadakı prezident seçkilərinin nə sərbəst, nə ədalətli, nə də beynəlxalq birliyin ümidlərinə cavab verəcək bir seçki olacağını bildiriblər.

ABŞ, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri tərəfindən Suriyadakı vətəndaş müharibəsinin 10-cu ildönümü üçün yayılan birgə bəyanatda Suriyadakı xalqın 10 il əvvəl qanuni tələblər üçün küçələrə çıxdığını, ancaq Əsəd rejiminin bu tələblərə zorakılıqla cavab verdiyi ifadə edilib.

Bəyanatda Suriyadakı 10 illik müharibə zamanı çəkilən iztirabların günahkarının Əsəd rejimi və tərəfdarlarının olduğu vurğulanıb.

Suriyada yaşanan qətliamları, insan haqlarının, beynəlxalq hüququn pozulmasını sənədləşdirənlərə təşəkkür edilən bəyanatda Suriyada xalqın yarısından çoxuna bərabər olan təqribən 13 milyon insanın humanitar yardıma ehtiyacı olduğu bildirilib.

Bəyanatda Türkiyə, İordaniya, Livan, İraq və Misir tərəfindən alicənab şəkildə qəbul edilən milyonlarla suriyalının zorakılıq, istənildiyi kimi həbs etmə və işgəncə qorxusu ilə ölkəsinə dönə bilmədiyi qeyd edilib.

Əsəd rejimi və tərəfdarlarının bir an əvvəl siyasi həll danışıqlarına qayıtmasının vacibliyinin vurğulandığı bəyanatda "Bu il keçiriləcəyi təklif olunan Suriyada keçiriləcək prezident seçkiləri nə sərbəst, nə də ədalətli deyil, nə də Suriya rejiminin beynəlxalq mənada normallaşması istiqamətində hər hansı addımın atılmasına imkan yaratmayacaq. Hər hansı siyasi prosesin bütün xalqın istəklərinə cavab verə bilməsində diaspora və qaçqınların da daxil olduğu bütün suriyalıların iştirakına ehtiyac var" deyilib.

Sözügedən 4 ölkənin (ABŞ, İngiltərə, Fransa və Almaniya) suriyalıları tək qoymayacağı vurğulanan bəyanatda BMT daxilində sülh yolu ilə həll edilməsinin dəstəkləndiyi, Əsəd rejiminin cəzasız qalmasının qəbuledilməz olduğu və ölkədə insanlıq əleyhinə cinayətlərə görə hesab verilməsi barədə təzyiqin davam etdiriləcəyi bildirilib.

Bəyanatda ölkə miqyasında atəşkəs üçün çağırış da edilib və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyada humanitar yardım daxil olmaqla bütün səyləri dəstəklənəcəyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr