Hanif Atmar: "Türkiyə dəyərli və etibarlı dostdur"

Əfqanıstanın xarici işlər naziri  Hanif Atmar Türkiyənin dəyərli və etibarlı dost olduğunu bildirib.

1601123
Hanif Atmar: "Türkiyə dəyərli və etibarlı dostdur"

Əfqanıstanın xarici işlər naziri  Hanif Atmar Türkiyənin dəyərli və etibarlı dost olduğunu bildirib. 
Atmar "Twitter" hesabından etdiyi şərhdə "dəyərli və etibarlı dost ölkələr" olaraq gördüyü Türkiyənin Taliban ilə keçiriləcək əfqan sülh danışıqlarına ev sahibliyi etməsinin müharibədən bezən Əfqanıstanın sabitlik axtarışında həyati bir mərhələ olacağını ifadə edib.

Atmar Türkiyənin sülh danışıqlarına ev sahibliyi etməkdə istəkli olduğunu bildirərək, "Sülh danışıqlarının Türkiyədə keçirilməsi atəşkəsi zəmanət altına almaq və siyasi həll yolunda atılmış addım olacaqdır" ifadəsindən istifadə edib.

Xatırladaq ki, Əfqanıstanda sülhün təmin edilməsi üçün 18 martda Türkiyədə aprel ayında sülh prosesi toplantısına ev sahibliyi edəcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr