Silahlı qruplaşmalar tәrәfindәn  girov götürülәn 180 nәfәr xilas edilib

Qәrbi Afrika ölkәsi Nigeriyanın Kaduna әyalәtindәki bir mәktәbә silahlı qruplaşmalar tәrәfindәn tәşkil edilәn hücum zamanı girov götürülәn 210 nәfәrdәn 180-i xilas edilib.

1600472

Bu barәdә Kaduna әyalәtinin daxili tәhlükәsizlik vә daxili işlәr mәsәlәlәri üzrә rәsmisi Samuel Aruvan bildirib. O, namәlum şәxslәrin dünәn Mundo bölgәsindәki mәktәbә tәşkil etdiyi silahlı hücum zamanı 210 nәfәri girov götürdüyünü qeyd edib.

Samuel Aruvan hadisәdәn sonra ordunun hәyata keçirdiyi әmәliyyatlar nәticәsindә 180 nәfәrin xilas edildiyini açıqlayıb.

Xilas edilәnlәr arasında yaralıların olduğunu vә onların müalicәyә cәlb olunduğunu bildirәn Aruvan 30 şagirdin isә hәlә dә tapılmadığını söylәyib.

Qeyd edәk ki, keçәn il Kaduna әyalәtinә silahlı qruplaşmalar tәrәfindәn tәşkil edilәn hücumlar nәticәsindә 937 nәfәr hәyatını itirmişdi, 1972 nәfәr dә girov götürülmüşdü.

Әlaqәli Xәbәrlәr