Myanmada etiraz aksiyaları zamanı 4 nәfәr dә qәtlә yetirilib

Myanmada tәhlükәsizlik qüvvәlәrinin hәrbi çevriliş әleyhinә vә hökumәt üzvlәrinin saxlanılmasına qarşı etiraz aksiyaları keçirәn aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә dörd nәfәr hәyatını itirib.

1600523

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, aksiyaçılar gecә radәlәrindә Yanqon şәhәrindәki polis mәntәqәsinin qarşısında etiraz aksiyası keçirib.

Tәhlükәsizlik qüvvәlәri saxlanılan aksiyaçıların azadlığa buraxılmalarını tәlәb edәn aksiyaçılara silahla müdaxilә edib.

Tәhlükәsizlik qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә Yonqonun Tharkeda qәsәbәsindә iki olmaqla dörd aksiyaçı hәyatını itirib.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı. 

Qeyd edәk ki, Türkiyә hәrbi çevrilişi qınamışdı. Qәrb ölkәlәri dә hәrbi çevrilişә qarşı öz etirazlarını bildirmişdi.

Әlaqәli Xәbәrlәr