Әfqanıstanda güclü partlayış, ölәn vә yaralananlar var

Әfqanıstanın qәrbindәki Herat vilayәtindә polis mәntәqәsinә minalanmış avtomobil ilә tәşkil edilәn hücum nәticәsindә 8 nәfәr hәyatını itirib, 53 nәfәr dә yaralanıb.

1600438

Bu barәdә Herat vilayәtinin valisi Sayed Vahid Katali mәlumat verib. O, tәcavüzkarların Herat vilayәtinin Gәnc bölgәsindәki polis mәntәqәsinә hücum etdiklәrini deyib.

Hücum nәticәsindә hәyatını itirәnlәr vә xәsarәt alanlar arasında mülki vәtәndaşlar da var. Xәsarәt alanlardan 6-nın vәziyyәti ağır olaraq qiymәtlәndirilir. Partlayış nәticәsindә әtrafdakı tikililәrә dә ciddi ziyan dәyib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmasa da, Daxili İşlәr Nazirliyinin sözçüsü Tarık Aryen hücumun Taliban qruplaşması tәrәfindәn törәdilmiş ola bilәcәyini istisna etmәyib.

Digәr tәrәfdәn ölkәdә illәrdir davam edәn şiddәt olaylarını sona çatdırmaq mәqsәdilә Әfqanıstan ilә Taliban müzakirә heyәtlәri arasında Qәtәrin paytaxtı Dohada aparılan sülh danışıqlarının ikinci turu davam edir.

Әlaqәli Xәbәrlәr