Avropa sahillərinə çatmağa çalışan yüzlərlə adam sularda batıb

Birləşmiş Millətlər Təşkilatı Mühacirlər Ali Komissarlığı və Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən verilən ortaq yazılı şərhdə bildirilir...

1599127
Avropa sahillərinə çatmağa çalışan yüzlərlə adam sularda batıb

 

  Bu il Aralıq dənizi orta yoluyla Avropa sahillərinə çatmağa çalışan nizamsız 190 immiqrant həyatını itirib.

  Birləşmiş Millətlər Təşkilatı Mühacirlər Ali Komissarlığı və Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən verilən ortaq yazılı şərhdə bildirilir: “Martın 10-da Tunisin cənubundakı Sfaks sahilinə yaxın nizamsız immiqrantları daşıyan iki gəminin batması nəticəsi 39 köçkün həyatını itirib. Ölənlərin çoxu Fil Dişi Sahilindəndir. Çətin hava şərtləri səbəbindən ara verilən qurtarma işləri hələ də davam edir.

  2021-ci ildə Aralıq dənizinin orta yolu ilə Avropa sahillərinə çatmağa çalışan nizamsız 190 immiqrant həyatını itirib. Bütövlükdə isə Aralıq dənizi sularında 251 köçkün batıb. Bununla dünya üzrə ölən nizamsız immiqrant sayı 446-a yüksəlib.

  Aralıq dənizində yaşanan son immiqrant tragediyaları xilasetmə işlərinin əhəmiyyətini bir daha ortaya qoydu. Belə ki, Şimali Afrika ölkələrindən İtaliyaya ayaq basanların sayı 5700 olub.”  



Әlaqәli Xәbәrlәr