Pentaqon Türkiyəyə başsağlığı verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) keçən həftə Türkiyənin Bitlis şəhərində qəzaya düşmən hərbi helikopterdə həyatını itirən Türk əsgərləri üçün başsağlığı mesajı yayımlayıb.

1597490
Pentaqon Türkiyəyə başsağlığı verib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) keçən həftə Türkiyənin Bitlis şəhərində qəzaya düşən hərbi helikopterdə həyatını itirən Türk əsgərləri üçün başsağlığı mesajı yayımlayıb.

Pentaqonun sözçüsü Con Körbi "Twitter" hesabından yaydığı açıqlamada Pentaqonun keçən həftə baş verən helikopter qəzasında əsgərlərin həyatını itirməsindən kədər duyduğu bildirilib.

Sözçü Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" hesabını da etiketlədiyi paylaşımında "NATO müttəfiqimiz Türkiyəyə həyatını itirən əsgərlər üçün ən dərin duyğularımızla başsağlığı veririk və yaralananlara təcili şəfa diləyirik" ifadəsindən istifadə edib.

Xatırladaq ki, martın 4-də Bingöl şəhərindən qalxan "Cougar" tipli helikopter qəzaya düşmüşdü. Qəzaya düşən helikepterdə 11 hərbçi şəhid olmuş, 2 əsgər isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr