Danimarkada yeni tip koronavirusun 31-ci növü aşkarlandı

Ölkənin səhiyyə naziri Maqnus Hönike (Magnus Heunicke) sosial media hesabından verdiyi məlumatda bildirib...

1597093
Danimarkada yeni tip koronavirusun 31-ci növü aşkarlandı

 

  Danimarkada yeni tip koronavirusun (Covid-19) 31 fərqli növünə rast gəlinib.

  Ölkənin səhiyyə naziri Maqnus Hönike (Magnus Heunicke) sosial media hesabından verdiyi məlumatda bildirib: “Son günlər Danimarkada “Covid-19”un daha 15 fərqli növünə rast gəlinib. Beləliklə, ölkədə indiyə qədər korona virusunun 31 fərqli növü aşkarlanıb.”

  Bundan əvvəl Danimarkada İngiltərədə ortaya çıxan, “Covid-19”un mutasiyaya uğramış daha sürətli yayılan növü B-117, Cənubi Afrikada olan B-1351 və Braziliyada görünən P-1 növlərinə rast gəlinmişdi.

  Qeyd edək ki, Danimarkada “Covid-19”dan həyatını itirənlərin sayı 2379, yoluxma sayı isə 214 min 839-a yüksəlib.



Әlaqәli Xәbәrlәr