“8 Mart bəzi əskiklikləri sorğulamaq üçün yaxşı bir vasitədir”, A.Merkel

8 Mart Qadınlar Günü münasibətilə etdiyi çıxışında A.Merkel deyib...

1596619
“8 Mart bəzi əskiklikləri sorğulamaq üçün yaxşı bir vasitədir”, A.Merkel

 

  Almaniya kansleri Angela Merkel ölkəsində qərarvermə proseslərinə qadınların daha çox cəlbedilməli olduğunu vurğulayıb.

  8 Mart Qadınlar Günü münasibətilə etdiyi çıxışında A.Merkel deyib: "Cəmiyyəti şəkilləndirməkdə əhəmiyyətli rolu olan qadınların siyasət, biznes və cəmiyyətdə mühüm qərarvermə proseslərində bərabər haqlara sahib olmamaları qəbul edilə bilməz.

  8 Mart ictimai cinsiyyət bərabərsizliyinə gedən yolda hələ də əskikliklərin olduğunu sorğulamaq üçün yaxşı bir vəsilədir.

  Birləşmiş Millətlər Təşkilatının builki devizi "Liderlikdə qadınlar: “Covid-19” dünyasında bərabər bir gələcək"dir. Bu, çox uyğun, yerində və zamanında olan bir devizdir.

  Pandemiya dövründə çox qadın uzaqdan təhsil, uşağa baxma və karyeraları arasında tarazlıq yaratmağa çalışdı və çalışır. Həkimlər, laboratoriya işçiləri, əczaçılar kimi səhiyyə sektorunda çalışanların 75 faizi qadınlardır, rəhbərlik mövqelərində isə onlar cəmi 35 faiz təşkil edir.

  Hər cinsin fikri və istedadı bir-birindən qiymətlidir, xüsusilə qlobal pandemiya dövründə. Ona görə də cəmiyyətin bütün sahələrində bərabərliyə ehtiyacımız var. Bu, qadınların kişilər qədər qazana bilməsi anlayışını da əhatə edir". 



Әlaqәli Xәbәrlәr