Әl-Qaidәnin dәstәbaşı Yәmәndә saxlanılıb

Yәmәnin şәrqindәki Hadramevt vilayәtindә terror tәşkilatı Әl-Qaidәnin rәhbәrlәrindәn Kabus bin Talibin hökumәt qüvvәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә saxlanıldığı bildirilib.

1595531

Bu barәdә Yәmәn ordusundan verilәn mәlumatda bildirilib. Mәlumata görә, tәhlükәsizlik qüvvәlәri Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin verdiyi dәstәklә Hadramevtin әn böyük ikinci qәsәbәsi olan Seyinda әmәliyyat hәyata keçirib.

Әmәliyyat nәticәsindә Әl-Qaidәnin rәhbәrlәrindәn biri olan Kabus bin Talibin saxlanıldığı bildirilib.

Kabus bin Talibin Yәmәn ordusunun üzvlәrini hәdәf alan bәzi hücumlarda iştirak etdiyi ifadә edilib.

Koalisiya qüvvәlәrindәn vә ya Yәmәn orqanlarından mәsәlә ilә bağlı mәlumat verilmәyib.

Әlaqәli Xәbәrlәr