Stefan Dujarik Liviya ilә bağlı bәyanat verib
Birlәşmiş Millәtlәr Tәşkilatı Liviyada atәşkәsә nәzarәt mexanizminә dәstәk mәqsәdilә bu ölkәyә beynәlxalq müşahidәçilәr göndәrib.

Birlәşmiş Millәtlәr Tәşkilatı Liviyada atәşkәsә nәzarәt mexanizminә dәstәk mәqsәdilә bu ölkәyә beynәlxalq müşahidәçilәr göndәrib.
Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözçüsü Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında bildirib. Stefan Dujarik müşahidәçilәrin ölkәyә dünәn gecә radәlәrindә sәfәr etdiyini vә liviyalıların rәhbәrliyindәki atәşkәsә nәzarәt mexanizminә dәstәk verәcәyini vurğulayıb.
Stefan Dujarik Liviyaya göndәrilәn dәstәk missiyasının neçә nәfәrdәn ibarәt olduğu ilә bağlı mәlumat vermәyib.
Birlәşmiş Millәtlәr Tәşkilatı Liviyada davamlı atәşkәsin tәmin olunması vә atәşkәsә nәzarәt edilmәsi üçün bu ölkәyә beynәlxalq müşahidәçilәr göndәrәcәyini açıqlamışdı.
Әlaqәli Xәbәrlәr

UNESCO yenə İsrailə qarşı çıxdı
İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Dayfullah əl-Fayıq yazılı şərh paylaşaraq bildirib...