“WFP” Yəməndəki yanacaq çatışmazlığına münasibət bildirib
Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı (WFP) Yəməndə qida təhlükəsizliyinin daha da pisləşdirməsinə səbəb olacaq yanacaq çatışmazlığının həlli barədə beynəlxalq ictimaiyyətə çağırış edib.

WFP-dan yayılan açıqlamada 3 yanvar tarixindən bəri Yəmənin Əl-Hudeydə limanında yanacaq gəmilərinin daxil olmalarına icazə verilmədiyi və 350 min tondan çox yanacaq daşıyan 13 tankerin Yəmən sahillərində saxlandığına diqqət çəkilib. Bəyanatda qeyd olunur ki, yanacaq çatışmazlığı əhalinin bazarlara, səhiyyə müəssisələrinə və digər vacib xidmətlərə çata bilməsini çətinləşdirir və təmiz su, elektrik enerjisi təmin edilməsini təhdid edir, elə ki Jeneratörlərdən istifadə edən səhiyyə müəssisələrində yanacaq çatışmazlığı səbəbiylə elektrik enerjisi yoxdur. Yanacaq qiymətlərinin yüksək olması, ərzaq təhlükəsizliyi olmayan 16 milyon Yəmənlinin daha çətin vəziyyət ilə üz-üzə gəlməsinə səbəb olur. 50 min insanın aclıqla mübarizə apardığı və 11 milyon insanın həm özlərini, həm də ailələrini qorumağa səy etdiyi ifadə edilən açıqlamada buna bir də yanacaq böhranının təsirlərinin əlavə olması halında təhlükənin daha da artacağı vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Danimarkada quş qripi virusu (H5N8) sürətlə yayılır
Danimarkada quş qripi virusu (H5N8) aşkarlanan fermada 19.000 qaz və ördək tələf edilməyə başlanıb.