Ned Prays Türkiyә ilә bağlı bәyanat verib

Amerika Birlәşmiş Ştatları Türkiyә ilә xüsusilә Suriya mәsәlәsindә birgə maraqlara malik olduğunu açıqlayıb.

1593885
Ned Prays Türkiyә ilә bağlı bәyanat verib

Amerika Birlәşmiş Ştatları Türkiyә ilә xüsusilә Suriya mәsәlәsindә birgə maraqlara malik olduğunu açıqlayıb.

Bu barәdә ABŞ Dövlәt Departamentinin sözçüsü Ned Prays keçirdiyi mәtbuat konfransında bildirib.

‘‘Türkiyә ilә Suriyadakı birgә maraqlarımızı hәyata keçirmәk mәqsәdilә konstruktiv bir şәkildә işlәmәyә  davam edәcәyik’’,-deyә ABŞ Dövlәt Departamentinin sözçüsü qeyd edib.

İdlibdәki mülki vәtәndaşlara qarşı mümkün qәtliamların qarşısını alan yeganә ölkәnin Türkiyә olduğuna dair yayılan mәlumatlara toxunularaq  ‘‘İdlibdәki mülki vәtәndaşlarla bağlı ABŞ ilә Türkiyә arasında әmәkdaşlıq ehtimalının olub-olmadığı’’ ilә bağlı verilәn sualı cavablandıran Ned Prays deyib: ‘‘Türkiyә ilә birgә maraqlarımız var. Türkiyә ilә xüsusilә Suriya mәsәlәsindә birgә  maraqlarımız var. Türkiyә ilә Suriyadakı birgә maraqlarımızı hәyata keçirmәk üçün konstruktiv şәkildә işlәmәyә davam edәcәyik’’.



Әlaqәli Xәbәrlәr