Nigeriyada oğurlanan qızlar xilas edildi

Nigeriyanın Zamfara əyalətində 26 fevral tarixində silahlı şəxslər tərəfindən oğurlanan qızlardan 279-u xilas edildi.

1593438
Nigeriyada oğurlanan qızlar xilas edildi

Zamfara valisi Bello Muhammed Matawalle bu barədə açıqlama verib. O bildirib ki, Zamfara əlayətinin Jangebe ərazisindəki bir qız liseyindən oğurlanan şagirdlərdən 279-u xilas edilib. Valinin sözlərinə görə xilas edilən məktəb şagirdlərinin sağlamlıq vəziyyəti yaxşıdır. Qızların necə xilas edildiyinə dair təfərrüatlı məlumat verməyən Vali Matawalle qalan 31 məktəb şagirdini xilas etmək üçün işlərin davam etdiyini qeyd edib.

Xatırladaq ki, 26 fevralda bir qrup Silahlı şəxs Zamfara əyalətindəki Jangebe ərazisində yerləşən bir qız liseyinə hücum edərək 317 şagirdi oğurladı. Hadisədən sonra hökumət qaçırılan tələbələrin sərbəst buraxılması üçün irəli sürüləcək heç bir şərti qəbul etməyəcəyini və fidyə verməyəcəyini bildirdi.

 



Әlaqәli Xәbәrlәr