İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk 22 fәlәstinlini saxlayıb

İsrail qüvvәlәrinin işğal altındakı İordan çayının qәrb sahili vә Şәrqi Qüdsün müxtәlif bölgәlәrinә tәşkil etdiyi basqın nәticәsindә 22 fәlәstinlini nәzarәt altına alınıb.

1593672
İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk 22 fәlәstinlini saxlayıb

 

İsrail qüvvәlәrinin işğal altındakı İordan çayının qәrb sahili vә Şәrqi Qüdsün müxtәlif bölgәlәrinә tәşkil etdiyi basqın nәticәsindә 22 fәlәstinli nәzarәt altına alınıb.

Bu barәdә Fәlәstin Әsirlәr Cәmiyyәtindәn verilәn mәlumatda bildirilib. İsrail әsgәrlәrinin dünәn gecә radәlәrindә İordan çayının qәrb sahili vә Şәrqi Qüdsün bәzi bölgәlәrinә basqın tәşkil etdiyi bildirilib.

Basqın zamanı müxtәlif iddialar irәli sürülәrәk 22 fәlәstinlinin saxlanıldığı vurğulanıb. İşğal altındakı İordan çayının qәrb sahili ilә Şәrqi Qüdsdәki evlәrә tez-tez basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Saxlanılan fәlәstinlilәrdәn bәzilәrinin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldığı bildirilir.

Digәr tәrәfdәn İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindәki Әl-Xәlil şәhәrindә fәlәstinlilәrә aid iki evi dağıdıb.

Yerli mәnbәlәr evlәri dağıdılan 12 fәlәstinlinin evsiz qaldığı ilә bağlı mәlumat yayıb.



Әlaqәli Xәbәrlәr