Bayden ABŞ - Meksika əlaqələrinə münasibət bildirib

ABŞ prezidenti Co Bayden və Meksika prezidenti Andres Manuel Lopez Obradorun iştirakı ilə videoformatda yığıncaq keçirilib

1593219
Bayden ABŞ - Meksika əlaqələrinə münasibət bildirib

 

   "Meksikanı ABŞ-ın cənub sərhədindəki digər dövlətlər kimi yox, bizimlə bərabər bir ölkə olaraq qəbul edirik". Bunu ABŞ prezidenti Co Bayden deyib.

ABŞ prezidenti Co Bayden və Meksika prezidenti Andres Manuel Lopez Obradorun iştirakı ilə videoformatda yığıncaq keçirilib. İki ölkə arasındakı münasibətlərin gündəmə salındığı iclasda ümumi maraq doğuran məsələlər müzakirə edilib.

  C.Bayden ölkəsi ilə Meksika arasındaki əlaqələri yüksək qiymətləndirib və iki ölkə arasında tarazlıq olduğuna diqqət çəkib. Bayden keçmiş rəhbərliklərdə nazir vəzifəsində olduqda Latın Amerika ölkələrinə 16 dəfə səfər etdiyini ancaq bunun 4-nü Meksikaya reallaşdırdığını, bu səbəbdən bu ölkənin insanları və quruluşu haqqında fikir sahibi olduğunu, ABŞ və Meksika əməkdaşlığının güc doğuracağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr