BƏƏ-nin Təl-Əvivdəki ilk səfiri İsrailə çatıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Təl-Əvivdəki ilk səfiri vəzifəsinə təyin olunacaq Məhəmməd Mahmud Al Haca İsrailə çatıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Təl-Əvivdəki ilk səfiri vəzifəsinə təyin olunacaq Məhəmməd Mahmud Al Haca İsrailə çatıb.
Al Hacanın etimadnaməsini bu gün İsrail prezidenti Reuven Rivlinə təqdim etməsi gözlənilir.
BƏƏ səfirinin ayrıca baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Qabi Aşkenazi ilə də görüş keçirəcəyi bildirilib.
İsrail və BƏƏ arasında 15 sentyabr 2020-ci ildə Ağ evdə keçirilən rsmi mərasimdə "münasibətlərin normallaşması"na dair müqavilələr imzalanmışdı.
Həmin razılaşmadan sonra BƏƏ hökuməti bu ölkənin İsraildəki səfirliyini 24 yanvarda Tel-Əvivdə açmağı qərara almışdı.
İsrail münasibətlərin normallaşdırılmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.
Әlaqәli Xәbәrlәr

Niqeriyada qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә çatıb
Nigeriyanın Qombe әyalәtindә iki etnik qrup arasında qarşıdurma olub.